Azərbaycanın İrandakı səfirliyinə xain silahlı hücum: MÜHAFİZƏ XİDMƏTİNİN RƏİSİ QƏTLƏ YETİRİLDİ, İKİ NƏFƏR YARALANDI – XİN MƏLUMAT YAYDI – ÇAVUŞOĞLU TÜRKİYƏNİN AZƏRBAYCANA DƏSTƏYİNİ İFADƏ ETDİ – TÜRKİYƏ SƏFİRLİYİ BAŞSAĞLIĞI VERDİ, SƏFİRLİYİN ƏMƏKDAŞLARI TƏXLİYƏ OLUNUR – FOTOLAR – YENİLƏNİB – (8)

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir.

Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

***

Son məlumata görə isə hücum edən şəxs saxlanılıb.

10:41

***

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Bu barədə isə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.  

Allah şəhidimizə rəhmət eləsin!

10:46

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

“Daima can Azərbaycanın yanındayıq”-deyən Çavuşoğlu Azərbaycana başsağlığı verib.

11:18

***

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”-deyə, o, qeyd edib.

11:28

***

Tehranın polis rəisi də Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib.

Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.

“Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.

Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”-deyə, polis rəisi vurğulayıb.

11:33

***

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib.

Bu barədə azərbaycanlı diplomat “Twitter” hesabında paylaşım edib.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun olduğunu bildirən xanım Abdullayeva bu hücum nəticəsində səfirliyini təhlükəsizlik işçilərinin yaralandığını və həlak olduğunu qeyd edib.

“Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkənin Vyana Konvensiyasının yerinə yetirməyə çağırırıq”– deyə, L. Abdullayeva vurğulayıb.

11:53

***

Türkiyə səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib.

Səfir bununla bağlı “Twitter“də paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara təcili şəfalar diləyirəm”.

11:57

***

Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, keçmişdə də bənzər hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən anlayır və bölüşür:

“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, kəsintisiz olaraq davam edəcək”.

12:00

***

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə TRT Haberə bildirib.

“Səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparırıq. Səfirlik işçilərinin Azərbaycana təxliyəsi həyata keçirilir”-deyə, o, qeyd edib.

Etikxeber.az

Read Previous

“Təkcə hadisəni törədən deyil, rəsmi İran da cavabdehlik daşıyır”-JALƏ ƏLİYEVA

Read Next

Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıb-DTX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir