“AzTV-də bayağı musiqiyə heç zaman yol verilmir…” – XALQ ARTİSTİ

Mənsum İbrahimov: Prezidentlə görüşdə hər kəsə öz sözünü çatdırmaq əla şərait yaradılmışdı

Ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş Azərbaycam mədəniyyəti və incəsənətinin gələcək inkişafında öz müsbət və əvəzsiz rolunu oynacayaq.

Etikxeber.az xəbər verir ki, bunu  mətbuata açıqlamasında adıçəkilən görüşün iştirakçılarından olan tanınmış sənətkar, Xalq artisti Mənsum İbrahimov deyib.

Ölkənin mədəniyyət və incəsənət aləminin tanınmış insanlarının bir qrupu ilə keçirilən görüşü müsbət qiymətləndirdiyini, tarixi hadisə hesab etdiyini bildirən Xalq artisti qeyd edib ki, bu tipli görüş ilk dəfə idi keçirildi:

zeynabbbbb-2

“Mən şəxsən bir sənət adamı, muğam ifaçısı kimi bu görüş tarixi, əvəzsiz bir görüş kimi dəyərləndirirəm. Bu görüş başdan-ayağa səmimiyyət üzərində qurulmuşdu, hər kəsə öz sözünü çatdırmaq, problemləri, narahatlıq doğuran məqamları dilə gətirmək üçün əla şərait yaradılmışdı. Təbii ki, öncə dövlət başçısı özü son illər ərzində görülən işlərdən, o cümlədən, tələbələrin təqaüdlərinin, əməkhaqlarının, pensiyaların artırılmasından, problemli kreditlərlə bağlı analoqu olmayan fərmanın imzalanmasından və məsələlərdən danışdı.

sakinaaaaa-111

Hətta qeyd etdi ki, bundan sonra nələr görülməlidir, onu da sizlər özünüz deməlisiniz. Ölkə başçısı çıxışında muğam müsabilqələrinə  xüsusilə toxundu və qeyd etdi ki, canlı yayımda göstərilən muğam müsabiqələri çox böyük auditoriya yığır.  O, özününün də həmin müsbaqələri izlədiyini qeyd edərək, “biz də baxırıq, bilirəm ki, vətəndaşların mütləq əksəriyyəti baxır…”- deyə, bildirdi və bununla bir daha Azərbaycan muğamına özünün yüksək münasibətini ortaya qoydu.

Görüşdə həmçinin yaradıcılıq ittifaqlarının rəhbərləri- Xalq yazıçısı Anar, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Şəfiqə Məmmədova və digərləri öz sahələrinin problemlərindən danışdılar, təkliflərini səsləndirdilər. Səhv etmirəmsə, Firəngiz xanım özəl televiziyalarda da bədii şuraların yaradılması təklifini səsləndirdi və bu məsələ həssaslıqla qarşılandı, tövsiyə edildi ki, AzTV ilə yanaşı digər özəl kanallar da bu formatdan istifadə etsinlər. Bildiyiniz kimi, AzTV-də artıq Bədii Şura yaradılıb, fəaliyyətdədir. Amma onu da deyim ki, AzTV-də Azərbaycan mədəniyyəti və insənəti ilə bağlı məsələlər yerli-yerindədir. AzTV-də yüngül, bayağı musiqiyə heç zaman yol verilmir. Bir dənə də  olsun belə bir  nümunəyə rast gəlmək mükün deyil. Ammma orada da bir qədər canlanmaya ehtiyac var. Bağayı musiqilər, bayağı musiqiçilər, bayağı söhbətlər daha çox özəl kanlallarda olur, baş verir. İnsanlar da bununla bağlı zaman-zaman öz narahatlıqlarını, etirazlarını ifadə ediirlər. Bu baxımdan, artıq özəl kanallarda da belə bədii şuralara ehtiyac var.

mansum-1

Bununla yanaşı görüşdə gənclərin, gənc sənətçilərin, xüsusilə, aktyorların durumu dilə gətirildi. Çünki digər sahənin insanları ilə müqayisədə kino sahəsinin insanları bir qədər çətin durumdadır, əməkhaqları istənilən səviyydə deyil. Onlar əslində çox  fədakar insanlardır. Bu baxımdan onların da məsələləri dilə gətirildi və dövlət başçsı tərəfindən diqqətə, qeydə, nəzərə alınıdı.

Ona görə hesab edirəm ki, bu görüşün Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında çox böyük rolu olacaq. Özü də maraqlı məqamlardan biri budur ki, dövlət başçısı bu görüşün sonuncu görüş olmadığını, gələcəkdə də davamlı olacağını bildirdi ki, bu da hər bir mədəniyyət, incəsənət adamına çox böyük ruh verdi”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mehman Hüseynov azadlıqda

Read Next

Millət vəkili Prezidentin kredit Fərmanından danışdı və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir