“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşdan keçdi

Həmçinin, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi  

Milli Məclisin (MM) mayın 16-da keçirilən növbəti plenar  iclasında “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki,qanun layihəsini MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhizmadə təqdim edib.

O, qeyd edib ki, layihə 3 fəsil, 17 maddədən ibarətdir. “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” yeni qanun layihəsi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır.

Layihə səsə qoyularaq qəbul edilib. 

***

hadi racabli-hadi

İclasda həmçinin, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, 17 maddə 3 Fəsildən ibarət olan qanun layihəsində Azərbaycanda tütün məmulatlarından (siqaretdən), sulu qəlyandan və elektron siqaretlərdən istifadənin məhdudlaşdırılması, yalnız xüsusi icazə verilmiş yerlərdə istifadəsi əks olunub.

Qadağan olunmuş yerlər bunlardır:

– təhsil və tərbiyə müəssisələri, onların əraziləri; səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq); mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)-ticarət obyektləri;məişət obyektləri; sosial xidmət müəssisələri;yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);  teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri; uşaq meydançaları; yerüstü qapalı və yeraltı piyada keçidləri; müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər; metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları və sair.

Layihədə göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “Siqaret çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir. Tütün çəkmək üçün ayrılmış yerlər sanitar-gigiyenik normaların tələblərinə cavab verən şəkildə təchiz edilməlidir. Bundan başqa göstərilir ki, tütündən istifadə ilə bağlı müalicə dövlət hesabına aparılacaq, mağazalarda siqaret almaq istəyən yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Sonra adıçəkilən layihə də səsə qoyularaq ikinci oxunuşda, eyni zamanda əsas kimi qəbul edilib.

Etikxeber.az

Read Previous

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edildi…

Read Next

Boksçumuz Rauf Rəhimov “Bakı-2017″də ardıcıl ikinci qələbəsini qazanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir