Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şövqi İsmayılzadənin-SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM DÜZƏNLƏNƏCƏK…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şövqi Raqub oğlu İsmayılzadənin doğum günüdür.

Şövqi İsmayılzadənin bu gün 28 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Bəcirəvan kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, qısa çıxışlar olunacaq, “Quran” oxunacaq.

Ziyarətdən sonra Şəhidin ailəsinin-valideynlərinin yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar ediləcək.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Şövqi İsmayılzadə 1996-cı ilin fevral ayının 23-də Bərdənin Bəcirəvan kəndində-ziyalı ailəsində dünyaya gəlib.

Sövqi ailənin iki övladından biri, evin tək oğlu olub.

O, həm də ailəli, bir qız atası idi.

Şövqi İsmayılzadə Azərbaycan Ordusunun hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Müharibənin 11-ci günündə, oktyabrın 7-də isə Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 8-də doğulub boya-başa çatdığı Bəcirəvan kənd qəbiristanlığında dəfn edilib.

Şövqi həm də Bəcirəvanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yaşadığı kənddə adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 28 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Süleyman Ələsgərovun 100 illik yubileyi-QEYD EDİLƏCƏK

Read Next

Lənkəranın antiterror Şəhidi, ailənin iki oğlan övladından biri-ELSEVƏR QARDAŞZADƏNİN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, SABAH 20 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir