Lənkəranın antiterror Şəhidi, ailənin iki oğlan övladından biri-ELSEVƏR QARDAŞZADƏNİN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, SABAH 20 YAŞI TAMAM OLUR…

Lənkəran şəhərinin aniterror Şəhidlərindən olan Elsevər Rakif oğlu Qardaşzadənin doğum günüdür.

Elsevər Qardaşzadənin sabah 20 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elsevər Qardaşzadə 2004-cü ilin fevral ayının 23-də Lənkəran şəhərinin Şağlakücə kəndində dünyaya gəlib.

Ailənin iki oğlan övladından və evin sonbeşiyi olub.

2010-2021-ci illərdə Mənsum Əbilov adına Şağlaküçə kənd tam orta məktəbində təhsil alıb, 2021-ci ildə isə Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecinə daxil olub.

2022-ci ilin aprelində həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, Qusar istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.

2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən antiterror əməliyyatı zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi Ağdam istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi sentyabrın 20-də Şağlakücə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir orden və bir medalla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü, 20 yaşı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şövqi İsmayılzadənin-SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM DÜZƏNLƏNƏCƏK…

Read Next

“Qarabağ” avrokubokların 1/8 finalına-YÜKSƏLDİ – FOTO – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir