“Bəzən deyirəm ki, kaş başqa cür, başqa xasiyyətli olaydı…Sonra da deyirəm ki, yox, Vüsal başqa cür ola bilməzdi, elə bu cür olmalıydı…”-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU VÜSAL ŞÜKÜROVUN ANASI SEVİNC ŞÜKÜROVA – FOTOLAR – YENİLƏNİB

Vüsal Zahir oğlu Şükürov…

Ağcabədi rayonunun İkinci Vətən Müharibəsi Şəhidi…

Vətən sevdalısı, doğma Qarabağı, Vətəni yolunda canını fəda edən İgid, Qəhrəman Azərbaycan övladı…

Cəmi 25 yaşında, ömrünün ən gözəl çağında Şəhidlik məqamına ucalan Vətən fədaisi…

Vüsal Şükürov 1995-ci ilin noyabr ayının 14-də Ağcabədi rayonunun Şahmalılar kəndində sadə, zəhmətkeş, kasıb bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub…

Həm də evin sonbeşiyi idi…

Ana tərəfdən Cəbrayıllı olan Vüsal bir neçə il Bakıda məcburi köçkünlük həyatı yaşayan ana nənə-babasıgildə yaşayıb…

Əvvəlcə Şahmalılar kənd tam orta məktəbində, sonra Bakı şəhər Ə.Məmmədov adına 76 saylı tam orta məktəbdə oxuyub…

Orta təhsilini bitirdikdən sonra isə Bakı İdarəetmə və Texnologiya Kollecində “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr təhsili alıb…

2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə, Vətənin keşiyində olub…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

İşləyib, çalışıb, ailəsinə dəstək olub…

İkinci Vətən Müharibəsindən 6 gün öncə-sentyabrın 21-də isə səfərbərliyə cəlb olunub…

27 sentyabr tarixindən də Vətənin müdafiəsinə atılıb, döyüşlərdə iştirak edib…

Uzun və şərəfli döyüş yolu 43 gün çəkib…

Və müharibənin başa çatmasına saatlar qalmış Daşaltı-Şuşa istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və noyabrın 9-da ailəsinə Şəhidliyi xəbəri verilib…

Nəşi isə bir gün sonra, noyabrın 10-da Şahmalılar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla təltif olunub…

Eyni zamanda, ailəsi övladlarının ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər…

Vüsal həmçinin, Şahmalılar kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

O, həm də subay olub…

***

Bu gün Şəhidimizin-Vüsal Şükürovun valideynləri-anası Sevinc xanım və atası Zahir kişi ilə tanış oldum…

Kürdəmirli, həm də Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevlə bağlı Ağdam rayonunun Üçoğlan kəndində keçirilən tədbir zamanı Vüsal Şükürovun valideynləri ilə söhbətləşdim, dərdləşdim…

Onlara Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Və Şəhidimizin valideynlərinə söz verdim ki, bir gün gəlib onları da öz evlərində, Şəhidimizin ocağında ziyarət edəcəyəm…

Şəhidimizin anasının dediklərindən:

“Övladım olduğu üçün demirəm, Vüsal çox tərbiyəli, çox ağıllı, çox ailə, qohumcanlı idi…Kimsənin xətrinə dəyməzdi…Bəzən deyirəm ki, kaş başqa cür, başqa xasiyyətli olaydı…Sonra da deyirəm ki, yox, Vüsal başqa cür ola bilməzdi, elə bu cür olmalıydı…”

Ruhu şad olsun!

Ruhu qarşısında baş əyirəm!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMZƏOĞLU)

Etikxeber.az

Read Previous

Kürdəmirli İkinci Vətən Müharibəsi Şəhidi-ADƏM ƏLİYEVLƏ BAĞLI AĞDAMIN ÜÇOĞLAN KƏND ORTA MƏKTƏBİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ, ŞƏHİDİN QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR -YENİLƏNİB – (1)

Read Next

Ailənin üç oğlan övladından biri, subay, 4 medallı-ŞİRVANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RÖYAL MİSİL OĞLU MƏMMƏDOV… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir