Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Teymurovun Cənnətdəki üçüncü doğum günündə-MƏZARI ZİYARƏT EDİLDİ, OXUDUĞU MƏKTƏBDƏ TƏDBİR DÜZƏNLƏNDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI – FOTOLAR – YENİLƏNİB

Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin 3 övladından biri, ali təhsilli, subay, 5 medallı və əslən Lənkəranlı Vüsal Zakir oğlu Teymurovun Cənnətdəki üçüncü doğum günü, 32 yaşının tamam olması ilə bağlı bu gün məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 2020-ci ilin noyabr ayının 11-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanan və Şuşa fatehlərindən olan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra Şəhidin təhsil aldığı Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə tədbir düzənlənib.

Tədbirdən sonra Şəhidin ailəsinin yaşadığı evdə, Şəhidin ocağında Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub, Cənnətdəki üçüncü doğum günü bir daha təbrik olunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə, 239 saylı məktəbdə keçirilən tədbirdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı ehsan süfrəsində Vüsal Teymurovun ailə üzvləri, yaxınları, Səbailli Şəhid ailələri, müəllimlər, şagirdlər və digər şəxslər iştirak ediblər.

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 34 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

İkinci Qarabağ Savaşı Şəhidləri-Goranboylu, 3 medallı Vüsal Nağıyev və Bərdəli-“Qarabağ” ordenli Asəf Əsgərov: HƏR İKİ ŞƏHİDİN BU GÜN 33 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir