“Bala hamıya baladı, Allahım” – XALQ ŞAİRİNDƏN KƏSKİN ETİRAZ…

Xalq şairi Fikrət Qoca Suriyada gedən müharibə zamanı insanlara qarşı kimyəvi silahlardan istifadə edilməsinə, ümumiyyətlə, həmin ölkədə yaşanan “insanlıq dramı”na kəskin etirazını ifadə edən şeir yazıb.

Etikxeber.az-ın “525.az”-a istinadən xəbərinə görə, şair bildirib ki, Suriyada əhalinin üstünə atılan kimyəvi bombalardan boğulan, sudan çıxmış balıq kimi nəfəsi çatışmayan çocuqları ekrandan izləyib.

“Azərbaycanda, öz evimdə mənim də havam çatışmadı, az qala boğulurdum.

Bu, bəşəriyyətə qarşı cinayətdir.

İndi cinayəti də bir-birinin üstünə atırlar”-deyə, Xalq şairi sonra sözlərinə əlavə edib.

suriya usaq olumu

F. Qocanın şeirini təqim edirik:

Allahım, doğrusunu sən bilirsən.
Bunlar çamırı
Bir-birinin üstünə atır.
Belələri bərkə düşəndə
Atasını da satır.
Allahım, bu qısası sən al,
demirəm qəzaya sal,
yox qisası belə asan alma.
Belə asan öldürmə,
Onun kimi düşmənləri,
Onun kimi düşünənləri
Sevindirmə, güldürmə.
Qoy yaşasın uzun əzabla,
Uzun zaman boyunca.
Hamı ondan bezincə,
Özü yaşamaqdan cana doyunca.
Nə ağla dolsun,
Nə də dəli olsun.
Uzun bir ömür yaşasın
Hər anı vahiməli olsun!..
Hamı baxsın heç kəs onun,
Qubarını görməsin.
Əkdiyinin barını görməsin.
Ölümə möhtac olsun.
Həmişə əli qabarlı,
Qarnı ac olsun.
Dərdi çox acı olsun.
Əlacı olmasın.
Onları ağlamağa
Ana, bacı olmasın.
Amma balasına dəymə,
Bala hamıya baladı, Allahım.
Bala ölümü ağır bəladı, Allahım.

Etikxeber.az

Read Previous

Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq – “AZƏRAVTOYOL”

Read Next

Kyoan Əliyevə məktub göndərdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir