Biz parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk – VİTSE-SPİKER

Azərbaycan mətbuatı yarandığı gündən indiyə kimi şərəfli bir yol keçib və bugünkü inkişaf səviyyəsinə çatıb.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova bu gün parlamentdə media rəhbərləri ilə görüşündə deyib.

B.Muradova bildirib ki, mətbuat Azərbaycan dövlətinin yaranması və inkişafı, xalqımızın formalaşması, qarşda duran hədəflərə nail olunması istiqamətində daim özünəməxsus mövqe sərgiləyib, xalqımızın keşməkeşli anlarında proseslərin önünə keçməyi bacarıb:

“Dövlətimizin yaranması, müstəqilliyini itirməsi, sonra yenidən bərpa etməsi, ərazi bütövlüyümüzün pozulması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər daim mətbuatda öz əksini tapıb”.

Vitse-spiker bildirib ki, bu gün də dövlət Azərbaycan mətbuatını yüksək dəyərləndirir:

“Azərbaycan inkişaf edən bir ölkədir, müstəqillik qazandığı müddət ərzində bir çox nailiyyətlər əldə edib və bu nailiyyətlərdən bir qismi də mətbuatla bağlıdır. Mətbuatla bağlı qanunvericilik təkmilləşdirilib, mətbuata dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Yenidən müstəqillik qazandıqdan sonra da mətbuat üzləşdiyi çətinlikləri ləyaqətlə dəf edib və demokratik cəmiyyətin yaranmasında özünəməxsus rol oynayb. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev mətbuatın fəaliyyəti üçün daim lazımi addımlar atıb və mətbuat bugünkü inkişaf səviyyəsinə çatıb. Biz parlamernt olaraq mətbuatın işinə çox böyük önəm veririk. Milli Məclisin fəaliyyəti hər zaman mətbuatın gözü qarşısındadır. Hakimiyyətin qanadlarından biri kimi mətbuat parlamentin fəaliyyətinin işıqlandırılmasında da mühüm rol oynayıb”.

Etikxeber.az

Read Previous

Əfv Komissiyasının iclası bu gün də davam edəcək – RƏŞAD MƏCİD

Read Next

Gərginliyə bəzən bir sıra millət vəkilləri özləri rəvac verir – BAŞ REDAKTORLARDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0