Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verildiyi kimi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə Heydər Əliyev Mükafatı ilə təltif olunub.
Etikxeber.az-ın xəbərinə görə, Heydər Əliyev Fondunun 13 illiyinə həsr olunmuş tədbirdə həmçinin, dövlət başçısının N. Həsənzadə ilə bağlı sərəncamı oxunub.
Prezident özü mükafatı N. Həsənzadəyə təqdim edib.
Heydər Əliyev Mükafatına görə minnətdarlığını bildirən Xalq şairi bunları deyib:
-Cənab Prezident, biz Sizin ədəbiyyatımıza, yaradıcı ziyalılarımıza göstərdiyiniz qayğını, diqqəti həmişə görmüşük, hiss etmişik. Cənab Prezident, biz Sizinlə fəxr edirik. Biz Sizin daxili, xarici siyasətinizi müdafiə edirik. Ulu Öndərimiz çıxışlarının birində deyib ki, Azərbaycan dünyaya günəş kimi doğacaq. Cənab Prezident, Siz bizim günəşimizsiniz. Ulu Öndərimizi görüşlərin birində qarşılayanda mən bir şeir söyləmişəm. Həmin şeiri Ulu Öndər özü alqışlayıb. İcazə verin, o şeiri burada oxuyum:
Ey eşqim, vüqarım, sənətim, canım,
Ana çağırdığım, Azərbaycanım.
Açıb qollarımı mehri-ülfətlə,
Bağrıma basıram səni hörmətlə.
Sən de, ey adı ilə fərəhləndiyim,
Şanlı sədasıyla ürəkləndiyim.
Xalqımın istəkli, əziz övladı,
Şeirimin, sözümün qolu, qanadı.
Sənin hər istəyin, sənin hər arzun
Həyatda qoy şöhrət çələngi olsun.
Qaldırdın adını bu məmləkətin,
Andın müqəddəsdir, südün təmizdir.
Mənim taleyimdir sənin şöhrətin,
Tarixdə tarixi mərhələmizdir.
Gəlin, addımlayaq sülh cərgələrlə,
Gəlin, qabaqlayaq dövrü zamanı.
Daim alqışlayaq yalnız zəfərlə,
Ana dediyimiz Azərbaycanı!
Etikxeber.az