“Bu, bizim onunla axırıncı görüşümüz oldu. Onun üzünü axırıncı dəfə ötən ilin sentyabrın 5-də gördük…”-ŞƏHİD NAHİD MİKAYILOVUN HƏYAT YOLDAŞI – ŞƏHİDİMİZİN MƏZARI ZİYARƏT EDİLDİ, EV-MÜZEYİNİN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün, 5 sentyabr 2021-ci il tarixində daha bir İgidimizin, Qəhrəmanımızın, 20 ilin peşəkar hərbçisi, Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidi Nahid Mikayılovun ev-muzeyinin açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, 1982-ci ilin aprelin 26-sında Kürdəmir rayonunda sadə bir ailədə anadan olan Nahid Mikayılov İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Üç övlad, üc oğlu atası olan Nahid Mikayılov Ağdam istiqamətində döyüşlərdən birində, oktyabrın 30-unda ağır yaralanıb, hospitlada əməliyyat olunsa da, İgidimizin həyatını qurtarmaq mümkün olmayıb.

Vətən sevdalımız gözlərini bu dünyaya birdəfəlik-əbədiyyən yumub, Şəhid olub və bir gün sonra-oktyabrın 31-də də Kürdəmirdə-Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

İgidliyinə, Qəhrəmanlığına görə də, bir neçə medalla təltif olunub.

39 yaşı tamam olan gün isə Kürdəmir rayonunda ailəsinin şəxsi vəsaiti hesabına Şəhidimizin adına ucaldılmış, tikilmiş “Şəhid bulağı”nın açılışı olub.

Bu gün isə Şəhidimizin ev-muzeyinin açılışı olacaq.

Açılışdan öncə Şəhidimizin Kürdəmir Şəhidlər Xiyabanındakı məzarı ziyarət ediləcək, məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin həyat yoldaşı, 3 övladı, yaxınları, Kürdəmir sakinləri, Şəhid ailələri və digərləri iştirak edəcəklər.

Bu gün eyni zamanda,Şəhidimizin evindən, ailəsindən sonuncu dəfə ayrıldığı, vidalaşdığı gündür.

Şəhidin həyat yoldaşı Jalə xanımın dediklərindən:

“Nahid düz bir il öncə bu gün, 2020-ci ilin 5 sebtyabr tarixində bizdən ayrıldı, işlədiyi hərbi hissəyə yollandı. Bu, bizim onunla axırıncı görüşümüz oldu. Onun üzünü axırıncı dəfə sentyabrın 5-ində gördük…Ona görə məhz bu gün ev-muzeyinin açılışını edəcəyik, həm də ehsan verəcəyik. O, bizdən cismən ayrılsa da, 10 aydır cismən bizimlə olmasa da, mənən, ruhən daim bizimlədir”.

00:00

***

Jalə MİKAYILOVA: “…Bizdən ayrılmazdan öncə dedi ki, gedək “ASAN-park”-a…Doğrusu, ona əziyyət vermək, getmək istəmirdim…Amma təkid etdi, əl çəkmədi, dedi ki, “bəlkə bir də qatıymadım, görüşmədik…”

Ziyarət və açılışdan öncə Şəhidimizin yaşadığı evdə ailəsi, həyat yoldaşı və övladları ilə görüşürəm...

Bir daha başsağlığı verirəm, Allahdan səbr diləyirəm Şəhidimizin ailəsinə…

Jalə xanım 5 sentyabr 2020-ci ili bir daha və belə xatırlayır:

“Nahid bizdən gecə saat 23:45-də ayrıldı… Bizdən ayrılmazdan öncə dedi ki, gedək “ASAN-park”-a…Doğrusu, ona əziyyət vermək, getmək istəmirdim…Amma təkid etdi, əl çəkmədi, dedi ki, “bəlkə bir də qatıymadım, görüşmədik…”(Səsi titrəyir)… Sanki ürəyinə damıbmış… Və bizi “ASAN park”-a apardı… Xeyli gəzdik, dolaşdıq…Sonra da bizi evə gətirib, özü 23:45-də Ağdama, hərbi hissəyə yola düşdü…Bu gediş isə onun son gediş oldu…”

10:30

***

Saatdan 11-ə qalmışdan 12-yəcən Şəhid Nahid Mikayılovun Kürdəmir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Kürdəmirdən, Ağdamdan və Bərdədən olan Şəhid anaları, Şəhid ailələri iştirak ediblər.

Onlar Nahid Mikayılovun, o cümlədən, Şəhidlər Xiyabanındakı digər Şəhidlərin məzarlarını bir-bir ziyarət edib, üzərlərinə gül dəstələri düzüb, Şəhidlərin ruhlarına dualar ediblər.

12:05

***

Ziyarətdən sonra Şəhidin ev-muzeyinin açılışı olub.

Açılışda da Şəhidin ailə üzvləri, Kürdəmir, Ağdam Bərdədən olan Şəhid ailələri iştirak ediblər.

Onlar Nahid Mikayılov da daxil olmaqla, hər bir Şəhidimizin qarşısında baş əydiklərini, Şəhidlərlə Fəxr etdiklərini və Qürur duyduqlarını bildiriblər.

Qeyd ediblər ki, bugünümüzə, dinc yaşayışımıza, Qələbə və Zəfərimizə görə, Şəhidlərimizə borcluyuq, onların borcundan da heç zaman çıxmaq mümkün olmayacaq.

Sonra Şəhidin adına ehsan verilib.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

12:23

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhidimizin ilinə bir ay qaldı-4 MEDALLI CƏMİL HƏŞİMLİNİN ŞƏHİDLİYİNDƏN 11 AY KEÇİR…-FOTOLAR

Read Next

Daha 3310 yeni yoluxma-DAHA 42 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir