Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Martın 3-nə məlumata əsasən, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 14 min nəfər elektron ərizəsini təsdiqləyib.
Dövlət İmtahan Mərkəzindən Etikxeber.az-a bildirilib ki, ərizələrin qəbulu aprelin 4-dək davam edəcək.
Ali təhsil müəssisələrinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu isə aprelin 10-dək davam edəcək. Bu gün saat 14:15-ə olan məlumata əsasən, I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən 56 min 200 nəfər elektron ərizəsini təsdiqləyib.
Qeyd olunan tarixlərədək elektron ərizələrini təsdiqləməyən abituriyentlər imtahana buraxılmırlar.
Etikxeber.az