“Bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır…Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm…”-MEHRİBAN ƏLİYEVA

Birinci vitse-prezident Mehriban Əliyeva “Instaqram” səhifəsində paylaşım edib.

Etikxeber.az-ın məlumatına görə, paylaşımda deyilir:  

“Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir.

Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

Etikxeber.az

Read Previous

Düşmən yeni atəşkəs rejiminə də əməl etmir-ERMƏNİLƏR YENİDƏN VƏZİYYƏTİ GƏRGİNLƏŞDİRİR, AĞDAM ATƏŞƏ TUTULUR – MÜDAFİƏ NAZİRLİYİ – YENİLƏNİB – (4) – VİDEO

Read Next

Qızılhacılının növbəti Şəhidi: 7 bacının tək qardaşı-ELŞƏN RÖVŞƏN OĞLU KƏRİMOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir