Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasının gündəliyinə 45 məsələ daxil edilib.
Oxu.Az xəbər verir ki, məsələlər arasında ötən iclasdan qalanlar, həm də yeniləri var.
İclasda öncə 2019-cu ilin büdcə zərfinin üçüncü-sonuncu oxunuşda qısa müzakirəsi keçirilib.
Qeyd edək ki, iclasa baş nazir Novruz Məmmədov da iştirak edib.
Müzakirələr açılmadan “2019- cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi də daxil olmaqla , bütövlükdə büdcə zərfi səsverməyə çıxarılaraq qəbul edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az