“Bütün cəbhə boyu döyüşlər davam edib… Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb…”-MÜDAFİƏ NAZİRLİYİ

Oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib.

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən xəbərə görə, cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb. Qarşılıqlı artilleriya atışları qeydə alınıb.

Dünən gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var.

Artilleriya zərbəsi ilə düşmənin müdafiə sahəsində 1 ədəd tankı və 3 topu sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur.

Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralanalar var.

Etikxeber.az


Read Previous

“Müsəlləh əsgərəm, mən də bu gündən!”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (İKİNCİ HİSSƏ)

Read Next

“Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir