Cəmil Həşimli və Elvin Kazımovun Şəhidliyindən-8 AY KEÇİR… – FOTOLAR – YENİLƏNİB

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar hərbçi Cəmil Həşimlinin Vətən torpaqları uğrunda Şəhidliyindən, əbədiyyətə uğurlanmasından 8 ay keçir.

Etikxeber.az-ın xəbərinə görə, ailədə 3 qardaşdan biri olan Cəmil Həşimli İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib.

Cəmil Həşimli ağır döyüşlərdən birində, oktyabrın 5-də Füzuli-Əbdürrəhmanlı istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Nəşi Kürdəmirə gətirilərək, oktyabrın 6-sında Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

İgidliyinə, Qəhrəmanlığına görə, ölümündən sonra 4 medalla təltif olunub.

Qeyd edək ki, Şəhidimizin qardaşı Mərahim Həşimli də İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərimizdəndir.

Həmçinin, Şəhidimizin kiçik qardaşı Cavid Həşimli hazırda Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə, Vətənin keşiyini çəkməkdədir.

Allah Şəhidimizin məkanını cənnətlik etsin, ailəsinə səbrlər versin!

Amin!

10:15

***

Bu gün həmçinin, daha bir İkinci Vətən Müharibəsi Şəhidimizin-Bakı şəhərində anadan olan peşəkar hərbçi-kapitan Elvin Ədalət oğlu Kazımovun Şəhidlik məqamına ucalmasından 8 ay keçir.

1987-ci ilin dekabr ayının 3-də anadan olan Elvin Kazımov 2020-ci ilin oktyabrın ayının 6-sında Talış istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Nəşi İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Nur içində yatsın, məqamı Ucalardan-uca olsun!

Etikxeber.az

Read Previous

Daha 68 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa ediləcək-SABAHDAN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir