Çaya aşan ekskavatorun sürücüsünün axtarışları davam etdirilir – FHN

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçayın sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, axtarışlara nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Qazıntı işləri nəticəsində yaranan su hövzəsində (dərinliyi 12-15 metr) suyun səviyyəsinin azaldılması məqsədilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən su çəkmə işləri həyata keçirilir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Etikxeber.az

Read Previous

“Çətinə, dara düşən hər bir azərbaycanlının köməyinə, dəstəyinə ilk ölkə prezidenti gəlir” – MİLLƏT VƏKİLİ

Read Next

Əliyevlə Linden bir arada – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir