Daha 192 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 192 yeni yoluxma faktı qeydə alınıb, 406 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 767 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 779 417 nəfər müalicə olunaraq sağalıb, 9 611 nəfər vəfat edib, aktiv xəstə sayı 1 739 nəfərdir.

Ölkədə son sutka ərzində 4 435, hazırkı dövrədək isə 6 632 882 test aparılıb.

Etikxeber.az

Read Previous

“Ordumuza məxsus müxtəlif texnikanın dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar yayılır”-BAŞ PROKURORLUQ XƏBƏRDARLIQ ETDİ

Read Next

“Ramzan, sən uzaq İvankovda zirzəmidə kəsəyən kimi oturmamalısan: Tanka minib Kiyevə hücum et”-UKRAYNA DİN RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir