Daha 35 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 018 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, 10 092 nəfər vəfat edib, aktiv xəstə sayı 187 nəfərdir.

Ölkədə son sutka ərzində 1 834, hazırkı dövrədək isə 7 491 233 test aparılıb.

Etikxeber.az

Read Previous

132 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Read Next

“Səfər bizim gələcək əməkdaşlıq planlarımız üçün çox əhəmiyyətli olacaq…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir