Daha bir ölkə Ukraynaya-PUA VERDİ…

Lüksemburq Ukraynaya 6 Çexiya istehsalı olan “Primoco One 150” pilotsuz uçuş aparatını (PUA) təhvil verib.

Etikxeber.az xəbər verir ki, bu barədə Lüksemburq Müdafiə Nazirliyi məlumat yayıb.

“Primoco One 150” kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.

PUA avtomatik uçuş, eniş və uçuş planının icrasını təmin edən avtopilotla təchiz edilib. Bundan əlavə, “Primoco One 150” davamlı olaraq 15 saata qədər havada ola bilər.

Həmçinin Lüksemburqun Ukraynaya şəxsi heyətin daşınması üçün nəzərdə tutulmuş 42 ədəd “HUMVEE” zirehli taktiki maşınlar göndərdiyi bildirilir.

Lüksemburq zirehli avtomobillərdən əlavə 100 “NLAW” tank əleyhinə sistem və 15 hərbi çadırı Ukrayna qoşunlarına təhvil verib.

Etikxeber.az

Read Previous

Rusiya MN-in Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd etməsi arzuolunmaz haldır-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

İkinci Vətən Müharibəsinin 27 noyabr ŞƏHİDLƏRİ: NƏŞİ 56 GÜNDƏN SONRA TAPILAN, EVİN TƏK OĞLU, MİNGƏÇEVİRLİ İLKİN AĞAKİŞİYEV VƏ ŞƏHİDLİYİ NOYABRIN 26-DA TƏSDİQLƏNƏN, AİLƏNİN 3 ÖVLADINDAN BİRİ, SAMUXLU TALEH YUSİFOV…BU GÜN HƏR İKİ ŞƏHİDİN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir