Deputata orden, idarə rəisinə 3-cü dərəcəli müşavir, rəis müavininə general rütbəsi verildi – SƏRƏNCAMLAR

Prezident İlham Əliyev deputat Mahir Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, M. Aslanovun 70 yaşı tamam olur.

***

Prezident həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.

Etikxeber.az

Read Previous

Yeni Ombudsman kim olacaq: NOVRUZOVUN XANIMI YOXSA ABİYEVA?

Read Next

“Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi…” – PREZİDENTDƏN ƏLİ KƏRİMLİYƏ SƏRT İTTİHAM – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir