Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Ölkədə işsizliyin artması insanları kriminal aləmə sövq edir”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hökumət yaranmış vəziyyətdə yeni iş yerləri açmaq və insanların məşğulluğunu təmin etmək istiqamətində ciddi tədbrilər planı həyata keçriməlidir.
“Əks təqdirdə, bu işsizlik ciddi fəsadlara gətirib çıxaracaq. Mən bu günlərdə rayonların birində yas mərasimində idim. Insanlar işsizlik problemindən narahatlıqlarını dilə gətirirdilər. Bildirirdilər ki, işsizlik artıq gənclər arasında narkomaniyaynın inkişaf etməsinə təkan verməklə yanaşı, onları kriminal aləmə də sövq edir. Ona görə də bu problemin qarşısının alınması təkcə polisin gücü daxilində deyil. Gərək hökumət də bu istiqamətdə ciddi tədbirlər həyata keçirsin. Hansı yolla yeni iş yerləri açılmalıdır, hökumət bu məsələyə ciddi yanaşmalıdır. Yoxsa gələcəkdə bunun fəsadları pis ola bilər”– deyə, millət vəkili bildirib.
Etikxeber.az