Dövlət Komitəsinin sədri bu dəfə Abşeronda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 31-də Abşeron rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlıdan və Zəngilandan olan məcburi köçkünlər iştirak edə bilərlər.

Dövlət Komitəsindən Etikxeber.az-a bildirilib ki, qəbul Xırdalan şəhər Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək

Read Next

“O, insanlar qaytarılmalıdır…” – AŞPA-nın baş katibi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir