Elnurun, Elvinin, Asifin də-HAQQI TANINACAQMI?

Bunlar-Elvin, Elnur və Asif İkinci Vətən Müharibəsinin ilk gündən iştirakçılarındandır…

İgidlərimizdən, Qəhrəmanlarımızdandır…

Üçünün də Zəfərimzdə, Qələbəmizdə əməyi var…

Üçünü də yaxından tanıyıram…

Üçünün də Vətənsevərliyinə söz ola bilməz…

Elvin Sahib oğlu Həmidov əmim və mamam (bibim) nəvəsi, evin tək oğlu, iki qız atası, ali təhsillidir…

Sentyabrın 21-dən dekabrın sonlarına kimi, Füzuli, Hadrut, Xocavənddə olub, ölümlərdən dönüb…

Asif Hüseyn oğlu Hüseynov dayım oğludur…

O da ali təhsilli, bir övlad atasıdır…

Qardaşı da, dayımın digər oğlu da müharibə iştirakçısıdır…

Asif sentyabr 28-dən dekabrın sonlarına kimi, ən ağır bölgələrdə, Barambat, Talış, Suqovuşan, “Ağuçuq”… istiqamətlərində olub, yaralı döyüş yoldaşını çiyinlərində daşıyıb, ölümdən qurtarıb…

Elnur Məmmədovu da körpəliyindən, uşaq vaxtlarından tanıyıram…

İki qardaşdırlar…

Atalarını da lap erkən, faciəli şəkildə itiriblər…

Minbir əziyyətlə böyüyüblər…

Anaları da onları böyütmək üçün hər əzaba qatlaşıb…

Elnur da, qardaşı da ali təhsillidir, hər ikisi də ailəlidirlər…

Elnur oktyabr ayında Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb, ölümün eşiyindən dönüb…

Bir neçə dəfə əməliyyat olunub…

Hələ də şəhhətində ciddi problemlər var…

Müalicə-müayinəsi hələ çox davam edəcək…

Amm və lakin…

Çox təəssüflər olsun ki, onlara qarşı haqsızlıq edilib…

Layiq olduqları, tam Haqq etdikləri halda, adları medallara təqdim olunmayıb…

Səbəbini soruşduqda da, normal cavab almayıblar…

Yəni, tam etinasızlıq, tam haqsızlıq…

Eyni zamanda, dövlət qurumlarından… onlarla, ailələri ilə maraqlanan olmayıb…

Yolverilməz və qəbuledilməzdir…

Onlar da nəhayət, Haqlarını almalı, gərəkən diqqəti görməlidirlər…

İnanmaq istəyirəm ki, Haqlarını da alacaqlar, gərəkən diqqəti də görəcəklər!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

18 Şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına-KÖÇÜRÜLDÜ

Read Next

“İnformasiya sahəsində məcəllələşdirmə istiqamətində təklifimi gündəmdə saxlayacağam və…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZ SESSİYASINDA QALDIRACAĞI, TƏKLİF EDƏCƏYİ MƏSƏLƏLƏRDƏN, HƏLLİNİ GÖZLƏYƏN PROBLEMLƏRDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir