Erməni vandalları tərəfindən dağıdılan Tərtər məktəblərinin sayı-13-Ə ÇATDI…

“Humanitar atəşkəs”i bir daha kobudcasına pozan təcavüzkar və işğalçı Ermənistan silahlı birləşmələri dünən gün ərzində öz cinayətkar addımlarını davam etdirərək, Tərtər bölgəsini yenidən atəş altında saxlayıb və nəticədə mülki vətəndaşlara məxsus daha 15 ev, o cümlədən, bir məktəb binası dağıdılıb.

Etikxeber.az-ın AzTV-yə istinadən məlumatına görə, Düyərli kənd orta məktəbi daxil olmaqla, erməni hərbi birləşmələrinin atəş zərbələrinə, hücumularına, vandallıqlarına məruz qalan və ciddi ziyanlar dəyən, dağıdılan Tərtər məktəblərinin sayı 13-ə çatıb.

Eyni zamanda, dünən daha 10 nəfər tərtərli yaralanıb, 1 nəfər erməni isə vandalizminin qurbanı olub.

Həmçinin, düşmən hücumu nəticəsində yararsız hala düşən AzTV-nin yerli müxbir postunun xidməti avtomobili adıçəkilən şirkət tərəfindən yenisi ilə əvəzlənib və bölgəyə yeni sürücü ayrılıb.

Qeyd edək ki, dünən axşam saatlarından, 19:00-dan etibarən Tərtərdə nisbi sakitlikdir.

Etikxeber.az

Read Previous

“Füzuli və Xocavənd rayonlarının azad edilən 8 kəndi böyük qələbəni əhəmiyyətli dərəcədə bizə yaxınlaşdırır…”-ƏLİ ƏHMƏDOV

Read Next

Ağdam yenidən atəş altında-İKİ NƏFƏR YARALANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir