Erməni sifəti-Edilli məzarlığı! Bu qan da, bu cinayət də yerdə qalmayacaq-İkinci Qarabağ Savaşında olduğu kimi!-JALƏ ƏLİYEVA YAZDI

Kütləvi məzarlıq, kütləvi məzarlıqlar…

Bu qorxulu, vahiməli, tükürpədən söz, ifadə çox təəssüflər olsun ki, son illər bizim də leksikonumuza daxil olub və tez-tez işlədilməkdədir…

Bu sözü, bu ifadəni biz daha çox başqa ökələrin, xalqların tarixində, taleyində yaşanmış bir qanlı hadisə, vandalizm akti kimi eşidərdik, bilərdik, filmlərdə bunlara rast gələrdik…

Amma çox təəssüflər və əfsuslar olsun ki, bu, artıq bizim də taleyimizdə, bizim də yazımızda, bizim də leksikonumuzda var…

Gözləri insan qanından doymamış, insanlıqdan nəsibini almamış murdar, alçaq və qəddar qonşularımız sivilizasiya, elm, tərəqqi, inkişaf əsri sayılan 20-ci əsrin sonlarında və elə 21-ci əsrin özündə azərbaycanlılara, Azərbaycan türklərinə qarşı qəddarlıqlar, insanlıqdankənar hərəkətlər-vandallıqlar, barbarlıqlar törədərək toplu kütləvi məzarlıqlar yaradıblar…

Bir müddət öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış məzarlıq da bunun canlı, əyanı və qandonduran təsdiqi, sübutudur…

Birinci Qarabağ Savaşı zamanı əsir götürülmüş 25 azərbaycanlının xüsusi amansızlıqlarla, dəhşətli işgəncələrlə, qəddarlıqlarla qətlə yetirilərək, kütləvi məzarlıqda basdırılması ermənilərin əsl mahiyyətini və iç üzünü bir daha açıq-aşkar ortaya qoymuş oldu.,.

Dünyada “məzlum, məsum, əzabkeş” xalq obrazı yaratmağa, cildən-cildə girməyə cəhd edən ermənilərin murdar simaları, taxdıqları qorxunc maskalar bir daha Edillidəki kütvləvi məzarlığın gün üzünə çıxarılması ilə yırtılmış, param-parça edilmiş oldu…

Bir daha məlum, əyan və bəyan oldu ki, ermənilər öz çirkin məqsədlərinə çatmaq, daha doğrusu, oyuncaqları olduqları məkrli qüvvələrin öz riyakar niyyətlərinə çatması üçün hər cür insanlıqdışı hərəkətlərə, alçaqlıqlara, qəddarlıqlara, amansızlıqlara, vandallıqlara, müharibə cinayətlərinə getməyə hazırdırlar və bunu da öz qanlı əməlləri ilə həyata keçirir, sübuta yetirirlər…

Onlar heç zaman düzəlməyiblər, düzələn deyillər və bu gedişlə düzəlməyəcəklər!

Necə deyərlər, qozbel və qəbir məsələsi!

***

Bəli, əslində burada təəccüblü görünəcək heç nə yoxdur…

Bağanis-Ayrım, Xocalı, Ağdaban, Umudlu, Meşəli, Cəmilli, Qaradağlı, Ballıqaya…kimi vandalizm, barbarizm, soyqırımı aktlarına “imza atan” ermənilərdən bundan başqa heç nə gözləmək olmazdı və mümkün də deyil…

Onlar ancaq bunu-bunları – insanlıqdankənar hərəkətləri, qəddarlıqları, amansızlıqları, işgəncələri…bacarırlar…

Bacardıqları, bildikləri budur: Qan, göz yaşları tökmək, faciə yaratmaq, soyqırımı, terrakt həyata keçirmək!

Budur “məsum, məzlum, əzabkeş” ermənilərin əsl simaları, iç üzləri, mahiyyətləri!

Ancaq çox təəssüflər və çox yazıqlar olsun ki, hələ də erməni yalanlarına inanmaqda davam edənlər, onların hər qəddarlığını görməzdən gələnlər yenə də laldırlar, kardırlar, kordurlar…

Yenə də özlərin lallığa, karlığıa, korluğa vurublar…

Gözlərinin önündə azərbaycanlılara qarşı törədilmiş və aşkarlanmış cinayətlərdən daha birinə səssiz-səmirsiz qalmağı hər cür ali, insani dəyərlərdən üstün tuturlar və tutmaqda davam edirlər…

Ləkəli vicdanları yenə də sızlamamaqda və növbəti ləkəni özünə yapışdırmaqdadır.

Amma hər bir şeyin əvvəli olduğu kimi, sonu da olmalıdır və olur…

Necə ki, tarixi İkinci Vətən Müharibəsi bunun əyani sübutu və təsdiqi oldu.

1988-ci ildən başlanan işğal və təcavüz siyasətinə, Azərbaycan torpaqlarının ilhaqına cəmi 44 günlük İkinci Qarabağ Savaşı ilə son qoyuldu…

Müzəffər Ali Baş Komandan Rəşadətli Azərbaycan Ordusu və İgid Azərbaycan Əsgəri Liderindən, Dövlətindən və Xalqından güc alaraq, düşməni, mənfur ermənini cəmi 44 günə məğlub etdi, qarşısında diz çökdürərək, dünyada biabır etdi.

Bəli, bir gün susan vicdanlar da (əslində olmayan vicdanlar) məhşər ayağına çəkiləcək, Haqq divanında mühakimə ediləcək…

Və öz layiqli, Haqq etdiyi cavabını alacaq!

Həm mənfur düşmənlərimiz, həm onları qanlı savaşlara, vandalizm və barbarizm hərəkətlərinə şirnikdirənlər, həm də bunları susaraq, görməməzliyə vuraraq, acımasızcasına seyr edənlər, bir çox hallarda isə bu cinayətlərə başqa rəng verməyə çalışanlar bir gün öz əməllərinin beşqat cavabını alacaqlar.

Necə deyərlər, alma məzlumun ahı, çıxar ahəstə-ahəstə!

O gün də gələcək, o gün də uzaqda deyil!

Gələcək, olacaq və Haqq yerini tutacaq!

***

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxış zamanı Ali Baş Komandanımızın qeyd etdiyi kimi, işğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi.

Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi.

Nəticə isə faktiki olaraq sıfır idi.

BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, bizim Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərimizə baxmayaraq, biz buna nail ola bilmədik.

Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi.

Ən çox təəssüf doğuran isə odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib.

İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar.

Dövlət başçımızın dediyi kimi, onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar.

Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib.

 Çıxışında “Bilirsiniz, Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur”-deyərək, Ali Baş Komandanımız bildirdi ki, bunlardan biri də “Qafqazın Xirosiması” idi.

Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur.

Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq.

Qayıtmışıq, qayıdırıq və qayıdağacağıq!

Bunu hər kəs belə bilsin!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Səbail YAP-çıları, Səbailli, Goranboylu və Ucarlı Şəhid ailələri-MƏLİKBALLIDA ŞƏHİD ORXAN İSMAYILOVUN MƏZARINI VƏ OCAĞINI ZİYARƏT ETDİ, ANASI HƏCƏR İSMAYILOVAYA “VƏTƏN NAMİNƏ”NİN “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Ukrayna ərazilərini yalnız Qərb silahı ilə azad edə bilər”-LİTVANIN XİN BAŞÇISINDAN QƏRBƏ ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir