Eyni gündə, eyni istiqamətdə, eyni saatlarda Şəhid olan qardaşlardan-BƏHRƏM MƏMMƏDZADƏNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN ONUN 22 YAŞI TAMAM OLDU… – FOTOLAR – YENİLƏNİB – (6)

Bu gün Lerikin, həm də Bakının Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-Şəhid qardaşlardan biri Bəhrəm Elman oğlu Məmmədzadənin doğum günüdür.

Bəhrəm Məmmədzadənin bu gün 22 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Bəhrəm Məmmədzadə 2000-ci ilin aprel ayının 18-Lerikin Kəlvəz kəndində anadan olub.

Ailədə iki qardaş olublar.

Uzun müddət Rusiyada yaşayıblar, sonra yenidən Azərbaycana köçüblər.

Hər iki qardaş-həm Bərhəm, həm də İman İkinci Vətən Müharibə zamanı Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə qatılıblar.

Bir aya yaxın döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstəriblər.

Və hər iki qardaş eyni gündə, eyni istiqamətdə və eyni saatlarda-Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən qanlı döyüşlərdə Şəhid olublar.

Hər iki qardaşın nəşi eyni gündə, 2020-ci ilin noyabr ayının 2-də Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib, Əbədiyyətə uğurlanıb.

Hər ikisi də Şəhidliklərindən sonra bir neçə medalla təltif olunublar.

Binə qəsəbəsində Şəhid qardaşların adını daşıyan “Şəhid bulağı” var.

Ötən ilin sentyabr ayının 14-də isə İman Məmmədzadənin Cənnətdəki ilk doğum günü, 23 yaşının tamam olması ilə bağlı izdihamlı mərasim keçirilib.

Hər iki qardaş həm də subay olub.

18:00

***

Bəhrəm Məmmədzadənin Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün öncə Şəhid qardaşların məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar ounub.

Sonra Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayında Bəhrəm Məmmədzadənin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, iftar süfrəsi təşkil olunub.

Mərasimdə-iftar süfrəsində Şəhidin, Şəhid qardaşların valideynləri-Hicran və Elman Məmmədovlar, yaxınları, Bakıdan, Kürdəmirdən, Sumqayıtdan, və digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, sənət adamları-Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər İlkin Əhmədovla Yusif Mustafayev və başqaları iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərasimdə İlahilər, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.

Xalq artisti Gülyanaq Məmmədova tanınmış bəstəkar Ruslan Səfərovla Şəhid qardaşlara həsr olunmuş mahnını birgə ifa ediblər.

Əməkdar artist İlkin Əhmədov canlı şəkildə “Xudayar təsnifi”ni, Yusif Mustafayev isə “Gəz oğlum” mahnısını səsləndiriblər.

Bu zaman mərasimdə təsirli, duyğulu, kövrək anlar yaşanıb, mərasim iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Həmçinin, mərasimdə çıxışlar edilib, Şəhid, Şəhid qardaşların ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara Allahdan səbr arzulanıb, bir daha Bərhəm Məmmədzadənin Cənnətdəki ikinci ad günü təbrik edilib.

Şəhidin valideynləri də onları tək buraxmadıqları, belə bir gündə onlara dəstək olduqları üçün mərasim iştirakçılarına minnətdarlıqlarını bildirib, bir daha övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.

Nur içində yatslnlar! Məkanları cənnətlik, məqamları Uca olsun!

Bəhrəm Məmmədzadənin də Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Əziz xatirəsi, xatirələri daim qəlblərdə yaşayacaq!

19:09

***

FOTOLAR:

19:20

***

19:30

***

19:59

***

20:30

***

20:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəmi 3 yeni-YOLUXMA…

Read Next

Rusiyaya qarşı yeni sanksiyalar-GÜNDƏMDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir