“Fəxri adlar məsələsində də problemlər var”-NAZİR ƏVƏZİ

Fəxri adların verilməsi sahəsində də bəzi problemlər, bəzi şəxslərin sui-istifadəsi halları olub.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

A. Kərimov bildirib ki, bu sahədə də yeniliklər olacaq:

“Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin Mədəniyyət Nazirliyinə, hətta dövlətə inamı azalıb, küskünlüyü yaranıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar və bu prosesdə qərarverici gizli qurum olacaq. Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istiufadə hallarının qarşısı alınacaq. Sovetlər vaxtında fəxri adlar alan şəxslər hakimiyyəti tərifləyirdilər. Biz indi istəmirik ki, onlar, fəxri adlar alanlar hakimiyyəti tərifləsinlər, sadəcə, istəyirik ki, onlar bir növ xalq qarşısında öhdəlik götürsünlər, cəmiyyəti, dövləti maraqlandıran məsələlərlə bağlı mövqeilərini bildirsinlər, cəmiyyəti, insanları həmrəyliyə səsləsinlər”.

17:07

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

UEFA Avropa Liqası: “Neftçi”-“Qalatasaray” – 1:3 – “NEFTÇİ” MÜBARİZƏNİ DAYANDIRDI – YENİLƏNİB – (2)

Read Next

“Bu günə qədər bəzi şəxslərin əfv siyahısına düşməsinin qarşısı qərəzlı şəkildə alınıb”-MİLLƏT VƏKİLİNDƏN SƏRT İTTİHAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir