GENERAL: 804 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb

İl ərzində Bakı Şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq, post və marşrutlarda 28 min 292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27 min 488 şəxs saxlanılıb. Həmin şəxslərin barələrində qanunauyğun tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə axtarışda olanlardır.

Etikxeber.az xəbər verir ki, bunu yanvarın 21-də Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində alayın komandiri, polis general-mayoru Zaur Abdullayev deyib.

Z.Abdullayev bildirib ki, məişət səs-küyünə yol verən 1240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4506, digər inzibati xətalara görə 15 min 217 nəfər müəyyənləşdirilərək aidiyyəti polis orqanlarına təhvil verilib:

“2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3,2 faiz çox olub”.

Etikxeber.az

Read Previous

Leo-Pekka Tyaxti “ilin idmançısı” oldu

Read Next

Qadınlar arasında Avropa çempionatının təqvimi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir