Gövhər Baxşəliyeva seçkilərə qatıldı? – YENİLƏNİB

5-ci çağırış Milli Məclisin (MM) üzvü olan bitərəf (müstəqil) deputatlardan daha biri seçkilərdə iştirak qərarı verib.

Etikxeber.az-a daxil olan məlumata görə, belə ki, akademik, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva növbəti-5-ci dəfə seçkilərə qatılıb.

Xanım millət vəkili namizədliyini yenə 93 saylı Bərdə şəhər dairəsindən irəli sürüb.

Qeyd edək ki, G. Baxşəliyeva son 4 çağırışda Bərdəni parlamentdə təmsil edən iki millət vəkilindən biri olub.

İlk dəfə 2000-ci ildə, 2-ci çağırış dövründə MM-in üzvü olan G. Baxşəliyeva cəmi bir neçə iclasdan sonra həm də bitərəflərin təmsilçisi olaraq, vitse-spiker vəzifəsinə seçilib və 2005-ilin payızına, 3-cü çağırış seçkilərə kimi bu vəzifəni icra edib.

Hazırda MM-in Mədəniyyət, həmçinin, Elm və təhsil komitəsinin üzvüdür.

Eyni zamanda, «Elmi araşdırmalar» dərgisinin məsul redaktoru, «Azərbaycan şərqşünaslığı» dərgisinin baş redaktorudur.

Beləliklə, bitərəf deputatlardan namizədliyini irəli sürən MM üzvlərinin sayı 28-ə çatıb.

Həmçinin, qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 93 saylı Bərdə şəhər seçki dairəsindən rəsmi namizədi Yıldırım Fatma Vidadi qızıdır.

Uğurlar olsun!

***

Son məlumata görə, G. Baxşəliyeva seçkilərdə iştirakla bağlı hələlik yekun qərar verməyib, seçkilərə getməyə bilər.

Dəqiqləşdirməyə çalışacağıq…

Etikxeber.az

Read Previous

27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb – MSK AÇIQLADI

Read Next

Prezident yarımstansiyaların və tunelin-AÇILIŞLARINDA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir