“Göyçaya ən sonuncu gələn mənim balamın nəşi oldu…”-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, CƏMİ 19 YAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HƏSƏN BAYRAMOVUN ANASI RƏSMİYYƏ BAYRAMOVA – FOTOLAR

Qarabağımızın, Vətən torpaqlarının yağı və qəvi düşmən tapdağından azad olunması yolunda canını fəda edən övladlarımızdan biri də Göyçaylı Həsən Ağaisa oğlu Bayramovdur…

Cəmi 19 yaşlı, Azərbaycan Ordusunun Əsgəri, Vətən sevdalısı, İgid, Qəhrəman Həsən Ağaisa oğlu…

Vətənini, Qarabağını ailəsindən üstün tutub, onun yolunda Şəhidlik məqamına ucalan Həsən Bayramov…

Qeyd edim ki, Həsən Bayramov 2001-ci ilin iyun ayının 22-də Göyçay şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…

Hazırda tək qardaşının 16 yaşı var və orta məktəbdə oxuyur…

Həsən orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ildə Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb…

Xidmətinin başa çatmasına cəmi üç qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun, 1 il 3 ayın Əsgəri, bir Vətən sevdalısı kimi döyüşlərə atılıb…

Şərəfli döyüş yolu cəmi 5 gün çəkib və oktyabrın 1-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşini uzun müddət tapmaq mümkün olmayıb…

Yalnız 2 ay 12 gündən sonra nəşini əldə etmək mümkün olub və dekabr ayının 13-də Göyçay rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub…

O, həm də subay olub…

***

Cəmi bir neçə gün öncə Göyçay rayon Şəhidlər Xiyabanını ziyarət edərkən Şəhidimizin anası Rəsmiyyə xanımla tanış oldum…

Dərdli, Yaralı, övlad həstərli Şəhid anası balasının məzarı başında için-için ağlayır, səssizcə göz yaşları tökürdü…

Çox ağrılı, çox təsirli bir mənzərə idi…

Allah kimsəyə, heç bir bəndəsinə yaşatmasın!

Şəhidimizin anasına yaxınlaşdım, ona, ailəsinə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin, balanızın ruhu şad, məkanı cənnətlik olsun!”-dedim…

Təxminən 10-15 dəqiqə söhbətləşdim, dərdləşdim…

Çox sual vermədim, çox danışdırmadım…

Çünki qaysaq bağlamayan yarasını bir daha qanatmaq, diməyən acısını bir daha göynətmək, alovlandırmaq istəmədim…

Və söz verdim ki, bir gün onları Şəhidimizin ocağında da gəlib ziyarət edəcəyəm…

Məqamı Uca, dərgahı mübarək olsun, Nur üzlü Şəhidimizin!

Allah bir daha və bir daha ailəsinin, Rəsmiyyə ananın səbr və dözümünü varsin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənsitanın təqdim etdiyi mina sahələrinin formulyarları qeyri-dəqiqdir-ANAMA

Read Next

20 yaşlı tək övladını Şəhid vermiş İlhamə Məmmədova ölkə Prezidentinə müraciət etdi: “İSTƏYİRƏM Kİ, ÖVLADIM “QARABAĞ” VƏ YA “AZƏRBAYCAN BAYRAĞI” ORDENİ İLƏ TƏLTİF OLUNSUN!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir