Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.
Azərbaycan Güləş Federasiyasından Etikxeber.az-a bildiriblər ki, güləşçilərimiz çempionatda ümumilikdə 5 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar.
Çempionatın ilk iki günündə sərbəst güləşçilər yarışıblar. Yığmamızın üzvləri 2 qızıl və 3 bürünc medala sahib olublar. Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələniblər. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıblar. Sərbəst güləşçilərimiz komanda hesabında Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada qərarlaşıb.
Qadın güləşçilərimiz isə çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurublar. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) isə bürünc medala sahib olublar. Qadın güləşçilərimiz komanda hesabında yeddinci olublar.
Qitə birinciliyinin sonuncu iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 3 qızıl və 1 bürünc medal əldə ediblər. Qızıl medalları yığmamıza Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) qazandırıblar. Bürünc medala isə Eltun Vəzirzadə (80 kq) sahib olub.
Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında üçüncü pillədə qərarlaşıb. Gürcüstan komandası 47 xalla birinci, Rusiya idmançıları isə 45 xalla ikinci yeri tutub.
Medalların əyarına görə isə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb. İki qızıl medal qazanan İsveç ikinci olub. Türkiyə, Macarıstan və Polşa komandası hərəyə 1 qızıl medal qazanıb.
Qeyd edək ki, nə Rusiyanın, nə də Gürcüstanın yunan-Roma güləşi üzrə yığma komandası çempionatda qızıl medal qazana bilməyib.
Etikxeber.az