Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub – NAZİR

1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 milyard dollar investisiya yatırılıb. 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə bildirib.

“Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. “SOCAR Georgia” son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir”– deyə, nazir diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

Mosulda daha 3 kənd “İŞİD”-dən azad olundu

Read Next

Hərbi Hava Qüvvələrinin yeni poliqonu istifadəyə verildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir