“Həm məktəblərdən, həm də valideynlərdən gözləntimiz odur ki, neqativ hallara yol verməsinlər”-NAZİRDƏN XƏBƏRDARLIQ

Təhsil naziri Emin Əmrullayev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ilə valideynlərə müraciət edib.

Etikxeber.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, 8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı məktəblərdə neqativ hallarla bağlı müraciətlər olub.

Onun sözlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar günü ilə bağlı məktəblərdə hər hansısa neqativ hallara yol verilməməlidir.

“Bu, Nazirliyin birmənalı mövqeyidir. Dünən bununla bağlı müzakirələrimiz olub. Həm məktəblərdən, həm də valideynlərdən gözləntimiz odur ki, neqativ hallara yol verməsinlər. Valideynlər tərəfindən isə xüsusilə sosial şəbəkələrdə ünvanlar göstərilməklə şikayətlər olarsa, biz onları araşdıra bilərik. Mən xahiş edirəm ki, Təhsil Nazirliyinin “Qaynar xətti”nə və digər formada bu məsələ barədə müraciətlər varsa, konkret olsun”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Hamısı qurma işlərdir: Məni bu işə bağlamaq vicdansızlıqdır”-ZİYAD SƏMƏDZADƏDƏN HAQQINDAKI İDDİALARA KƏSKİN ETİRAZ

Read Next

Əmək pensiyaçılarına aylıq maddi yardım ödəniləcək-PREZİDENTİN SƏRƏNCAMI 100 MİN PENSİYAÇINI ƏHATƏ EDƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir