“Hələ də səlahiyyətlərimizi icra və bələdiyyə orqanları ilə qarşıq salanlar var…”-MİLLƏT VƏKİLİ AİDİYYATI ORQANLARA MÜRACİƏT EDƏCƏK – FOTO

Bu gün də seçicilərimizlə videoformatda görüşümüz oldu, müraciətlər məşğulluq, hüquq mühafizə orqanlarının fəaliyyəti və əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqəli problemlər, habelə Səmədabad kənd bələdiyyəsinin qarşılaşdığı çətinliklərlə bağlı idi. Bəzi məsələlər yerindəcə həllini tapdı, bir qismi barədə isə gələn həftə məktubla aidiyyatı strukturlara müraciət edəcəyik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Ümumiyyətlə, biz aylıq qəbul ənənələrini aradan qaldırmış, görüşləri intensivləşdirmişik. Əlbəttə, hələ də səlahiyyətlərimizi icra və bələdiyyə orqanları ilə qarışıq salanlar var, lakin anlayırıq ki, vətəndaşların böyük əksəriyyəti ümidsizlikdən bizə üz tutur, biz də status və səlahiyyətlərimizin imkan verdiyi qədər kömək etməyə çalışırıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ramiz Mehdiyev, Əli Həsənov və Abdin Fərzəliyevlə bağlı qərar verilib?-ATV HƏR ÜÇ ŞƏXSİ KƏSKİN İTTİHAM ETDİ -VİDEO

Read Next

“Bu, Ermənistan üçün ağır nəticələnəcək və minlərlə itkilər verəcək…”-FARİZ QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir