Ramiz Mehdiyev, Əli Həsənov və Abdin Fərzəliyevlə bağlı qərar verilib?-ATV HƏR ÜÇ ŞƏXSİ KƏSKİN İTTİHAM ETDİ -VİDEO

Bir az öncə ATV-nin “Xəbərlər” proqramında AMEA-nın prezidenti, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi, professor Əli Həsənov (hazırda Türkiyədə müalicə alır) və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev kəskin şəkildə tənqid və ittiham olunublar.

Etikxeber.az xəbər verir ki, adıçəkilən şəxslər hazırda xaricdə mühacirətdə yaşayan və öz şəxsi telekanalı ilə Azərbaycan hakimiyyətinə qarşı “qara piar” kampaniyası aparan Qurban Məmmədovla sövdələşmədə, əməkdaşlıqda, onu dəstəkləməkdə, adıçəkilən şəxsin şəxsi əmlakının qeyri-qanuni yollarla artırılmasında, sənədləşdirilməsində ittiham ediliblər.

Eyni zamanda, Ə. Həsənovla A.Fərzəliyevin bir neçə dəfə Rusiyada məxfi şəkildə görüşlər keçirdiyi, orada bəzi gizli və şübhəli sövdələşmələrə getdiyi bildirilib.

Qeyd edək ki, hakimiyyətyönlü kanalda bu şəxslərin vurulması təsadüf sayılmır.

Belə ki, bir müddət öncə millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzovla da bağlı ən sərt ittihamlar məhz bu kanalda səsləndirilmiş və onun səhərisi gün məlum istefa baş vermişdi.

Bu səbəbdən, adıçəkilən şəxslərlə də bağlı ifşaedici məlumatların səsləndirilməsi təsadüf sayıla bilməz və artıq onlarla əlaqədar ilkin qərarların verildiyini ehtimal etmək olar.

Xatırladaq ki, R. Mehdiyev, Ə. Həsənov və A. Fərzəliyev hələ də YAP-ın ali strukturlarında təmsil olunurlar.

R. Mehdiyevlə A. Fərzəliyev YAP Siyasi Şurasının üzvləri, Ə. Həsənov isə həm Siyasi Şuranın, həm də İdarə Heyətinin üzvüdür.

Odur ki, ilkin olaraq, onların adıçəkilən strukturlardan çıxarılması, R. Mehdiyevin həm də AMEA prezidentliyindən istefaya göndərilməsi variantı seçilə bilər.

Saytımıza məlumat verən mənbə də bunu istisna etməyib.

İzləməkdə davam edəcəyik.

https://www.youtube.com/watch?v=8W-dDCJcCoQ&feature=emb_logo

Etikxeber.az

Read Previous

“Anna Akopyan “sülhpərvər”obrazını, terrorçu Akopyan obrazı ilə əvəzləyib”-MİLLƏT VƏKİLİ

Read Next

“Hələ də səlahiyyətlərimizi icra və bələdiyyə orqanları ilə qarşıq salanlar var…”-MİLLƏT VƏKİLİ AİDİYYATI ORQANLARA MÜRACİƏT EDƏCƏK – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir