“Hər zaman əqidəmə, daşıdığım dəyərlərə, Heydər Əliyev yoluna sadiq qalmışam”-ELDAR İBRAHİMOV

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, məşhur “91-lər”dən biri, Milli Məclisin (MM) İntizam komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Rza oğlu İbrahimovla bağlı növbəti kitab işıq üzü görüb.

Müəllifi Natiq Qurbanov olan kitab “Ömür kitabından səhifələr” adlanır.

Kitab Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyinin dəstəyi ilə ərsəyə gətirilib.

Etikxeber.az xəbər verir ki, kitabda Eldar İbrahimovun 77 ilik həyat yolundan, ictimai-siyasi fəaliyyətindən geniş bəhs olunur.

Müəllif qeyd edir ki, hər bir insan ömrünü xeyirxah işlərlə, qazandığı uğurlarla zənginləşdirir.

“Əldə edilən nailiyyətlər ömrə tarix kimi yazılır. Belə ömür səhifələrini vərəqlədikcə hər bir anı, hər bir saatı gözünün önünə gətirib sirin xəyallara qərq olursan. Yaradıcı insanlar isə elə ömür sürürlər ki, onlar haqqında xoş söz demək istəyənlər heç bir çətinlik çəkmirlər. Belə şəxsiyyətlər haqqında danışmaq istəyəndə ona layiq sözləri diqqətlə seçir, ən mötəbər sözləri belə deməkdən çəkinmirsən. Bilirsən ki, deyilən sözlər ona layiqdir, verilən qiymət ona ana südü kimi halaldır. Haqqında danışmaq istədiyimiz həmin şəxs isə Eldar Rza oğlu İbrahimovdur”-deyə, müəllif qeyd edir.

Kitabda da qeyd olunduğu kimi, Eldar İbrahimov 40 ilə yaxındır millət vəkilidir.

O, 1985-90-cı illərdə Naxçıvan MSSR Ali Sovetinin, 1990-95-ci illərdə isə keçmiş Ali Sovetin (sonradan Milli Şuraya və Milli Məclisə çevrildi) deputatı olub.

1995-ci ildən bu yana isə 6 çağırış Milli Məclisin (MM) üzvüdür.

1995-ci ildən 2020-ci ilə kimi, 25 il ərzində 5 çağırış MM-in Aqrar siyasət komitəsinin (daimi komissiyasının) sədri olub.

Onun sədrliyi dövründə 45 qanun və Məcəllə, 171 qanuna isə dəyişikliklər və əlavələr MM-in plenar iclaslarına tövsiyə olunaraq, müzakirələrə çıxarılaraq qəbul edilib.

2020-ci ilin mart ayından isə 6-cı çağırış MM-in İntizam komissiyasının sədri kimi fəaliyyət göstərir.

Eldar İbrahimov həm də YAP-ın ilk təşəbbüskarlarından, qurucularındandır.

1992-ci ildən 2013-cü ilə kimi YAP Siyasi Şurasının üzvü, 2013-cü ildən 2021-ci ilə kimi həm Siyasi Şuranın, həm də ali orqan olan İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib.

2021-ci ilin martın 5-də YAP-ın növbədənkənar 7-ci qurultayında isə bir daha ona etimad göstərilərək, İdarə Heyətinin üzvü seçilib.

Eldar İbrahomvun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də daim yüksək qiymətləndirilib.

Belə ki, 2005-ci ildə, 60 yaşının tamamında ölkə Prezidentinin Sərəncamı ilə aqrar sektorun inkişafında xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni, 2015-ci ildə, 70 yaşının tamanında isə Azərbaycan Respublikasının ictimai-siyasi-həyatında fəal iştirakına görə “Şərəf” ordeni ilə təltif olunub.

Ailəlidir, 3 övlad atasıdır.

Etikxeber.az-a açıqlamasında isə Eldar İbrahimov haqqında işıq üzü görən kitaba görə həm müəllifə, həm də Respublika Dövlət Kənd Təsərrüfatı Müzeyinin rəhbərliyinə minnətdfarlığını bildirib, bunu onun fəaliyyətinə verilən bir dəyər kimi qiymətləndirib.

Eldar İbrahimov eyni zamanda bunları bildirib:

“Mən Fəxr və Qürur hissi keçirirəm ki, ikinci müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyevin özünün də dəfələrlə qeyd etdiyim kimi, onun ən yaxın, ən sadiq silhdaşlarından biri olmuşam. Hər zaman Heydər Əliyev siyasətinə, Heydər Əliyev siyasi kursuna sadiq qalmışam. Necə deyərlər, Əliyev siyasətinin əsgərlərindən biri oilmuşam. Onunla daim birgə addımlamışam. Müstəqil Azərbaycanın quruculuğu və inkişafında onun yanında, onun yolunda olmuşam. Bunlar mənim 77 illik həyatımın ən şərəfli, ən qürurlu anlarıdır. Bu gün də Heydər Əliyev siyasətinin ən layiqli və ən uğurlu davamçısı Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyirəm. Çünki başqa cür ola bilməz. Mən hər zaman əqidəmə, daşıdığım dəyərlərə, keçdiyim yola sadiq və sədaqətli olmuşam.

Ölkə Prezidenti də daim mənim fəaliyyətimi yüksək qiymətləndirib, 2005-ci ildə “Şöhrət”, 2015-ci ildə isə “Şərəf” ordeni ilə təltif edib. Bütün bunlara görə bir daha ölkə Prezidentinə dərin minnətdarlğımı bildirəm. İlham Əliyev Azərbaycan dövlətinin tarixinə Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi daxil oldu. Məhz onun uzaqgörən və müdrik siyasəti, dəmir iradəsi nəticəsində ümummilli dərdimiz olan Qarabağ problemi, 30 il davam edən qanlı Ermənistan-Azərbaycan münaqişəsi öz həlli tapdı. 44 günlük tarixi İkinci Vətən Müharibəsi ilə Qələbə və Zəfər qazandıq. Allah Müzəffər Ali Baş Komandanımızı və Qalib Azərbaycanımızı qorusun! Ölkə Prezidentinin rəhbərliyi ilə bundan sonra da hələ bir çox Qələbə və Zəfərlərə imza atacağıq. Bütün Qələbə və Zəfərlər bizimdir və bizim olacaq”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İki lider-Əliyevlə Ərdoğan daha bir Tarix yazdı, daha bir Qardaşlıq və Dostluq nümunəsi ortaya qoydu…-JALƏ ƏLİYEVA YAZIR

Read Next

Ev yandı, iki nəfər öldü-SALYANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir