Hava buludlu və duman olacaq-SABAH

Yanvarın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Etikxeber.az

Read Previous

“Hər gün əlinin qabarını qayçı ilə kəsərdim…”-25 YAŞI TAMAM OLAN ŞƏHİD ƏMRAH CƏFƏRLİNİN ANASI – ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ, MƏZARI ZİYARƏT EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Peşəkar hərbçi, Birinci Qarabağ Savaşının iştirakçısı, Şəhidlər dayısı, xeyirxah əməllər sahibi-65 YAŞINDA DÜNYASINI DƏYİŞƏN ELXAN MƏMMƏDOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir