Hava buludlu və dumanlı olacaq, bəzi yerlərdə qar yağacaq-SABAH

Fevralın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-14° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütununda 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Eyni zamanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da edilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 2-si gündüzdən 3-ü gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 2-si gündüzdən 3-ü gündüzədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.

Etikxeber.az

Read Previous

Diplomundan imtina etdi-LÜKSEMBURQUN BAŞ NAZİRİ…

Read Next

Mütərəqqi gənclər platforması-HADİ RƏCƏBLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir