Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təsdiq edilməsi məsələsinə baxılıb.
Etikxeber.az-ın xəbərinə görə, namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Səsverməyə əsasən A. Həsrət, M. İmanov və H. Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.
Etikxeber.az