İki Vidadi “Xalq artisti” oldu, iki Zemfiraya Prezidentin fəxri təqaüdü verildi – SƏRƏNCAMLAR

Ölkə prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq artisti”

Əliyev Vidadi Hüseyn oğlu

Həsənov Vidadi İsmail oğlu

Quliyeva Xalidə Camal qızı

“Əməkdar incəsənət xadimi”

Azay Adil Çərkəz oğlu

“Əməkdar artist”

Əlilicanzadə Qorxmaz Məmməd oğlu

Namazov Zilli Yunus oğlu

“Əməkdar mədəniyyət işçisi”

Ağayev Nəsir İsmayıl oğlu

Dadaşova Nelli Hacı qızı

Hüseynov Nazim Fikrət oğlu

Quliyev Babək Barat oğlu

Mahmudova Zəkiyyə Güləmi qızı

Məmmədov Əli Bala Ənvər oğlu

Muxtarova Tamilla Muxtar qızı.

Prezident eyni zamanda, Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam verib.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Babayeva Zemfira Baba qızı

Sadıxova Zemfira Emin qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident həmçinin, Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxsləri “Tərəqqi” medalı ilə təltif edib:

Ağayev Xanlar Ağakərim oğlu

Həsənov Mahir Məhəmməd oğlu

Hüseynov Əlisəfdər Mürsəl oğlu.

Etikxeber.az

Read Previous

14 əməkdaş intizam məsuliyyətinə cəlb edilib – 163 CİNAYƏTİN AÇILMASI TƏMİN OLUNUB – BAŞ PROKURORLUQ

Read Next

Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə – 3:0 – NÖVBƏTİ RƏQİB “APOEL” OLACAQ – YENİLƏNİB – (3) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir