İlham Əliyev türk kökənli Boris Consonu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Boris Consonu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

“Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Bu mənada qarşılıqlı səmərəli əməkdaşlığımız məmnunluq doğurur” – deyə, dövlət başçısı məktubda bildirib.

Prezident İlham Əliyev məktubda neft-qaz hasilatı və nəqli sahəsindəki əməkdaşlığımızı xüsusi qeyd edib.

Vurğulayıb ki, enerji sektorunda uzun illərdən bəri müvəffəqiyyətlə davam edən birgə fəaliyyətimiz, gerçəkləşdirdiyimiz irimiqyaslı transmilli layihələr qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.

“İnanıram ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin inkişafı istiqamətində Sizinlə birgə səylər göstərəcəyik” – deyə, Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Baş nazir Boris Consona ən xoş arzularını yetirib, qarşıdakı fəaliyyətində ona uğurlar diləyib.

Qeyd edək ki, yeni baş nazir türk kökənlidir.

Etikxəbər.az

Read Previous

Gənclər Yay Olimpiya Festivalı – 9-CU QIZIL MEDALIMIZ – YENİLƏNİB – FOTO

Read Next

Çempionlar Liqası: “Qarabağ”-“Dandolk” – 1:1 – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir