Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Qüdrət Həsənquliyev parlamentin növbəti plenar iclasında “Dövlət Satınalmaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bu yöndə olan qanunvericilikdəki ziddiyyətli məqamlara öz etirazını bildirib.
Etikxeber.az-ın xəbərinə görə, millət vəkili qeyd edib ki, satınalmalar zamanı qanunu tələbləri pozulduqda və 50 min manata qədər oğurluq hadisəsi baş verərsə, bu, cinayət məsuliyyəti yaradır:
“Ancaq Cinayət Məcəlləsində bununla bağlı 6 min manatdan 12 min manata qədər mənimsəməyə görə 7-12 il arası iş verilir. Amma 250 mindən yuxarı mənimsəməyə görə 2 ildən 4 ilə qədər həbs verilir. Belə şey olar? Burada ədaləti gözləmək lazımdır”.
Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə millət vəkilinə cavab olaraq qeyd edib ki, bizə qanunları sərtləşdirmək lazım deyil:
“Burada dövlətə dəymiş ziyanın ödənilməsinə çalışmaq lazımdır. Ona görə də yaxın zamanlarda iqtisadi sanksiyaların humanistləşdirilməsi ilə bağlı paket qanun layihəsi cənab Prezident tərəfindən parlamentə göndəriləcək”.
Etikxeber.az