Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İranın Fars körfəzi sahilindəki Dəyyər limanından 350 ton ərzaqla yüklənmiş gəmi Qətərə yola salınıb.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə məlumat verən limanın rəhbəri Məhəmməd Mehdi Binçari bildirib ki, meyvə və tərəvəzdən ibarət olan yük Qətərin rəsmi şəxsləri ilə razılaşdırıldıqdan sonra bu ölkəyə göndərilib.
Liman rəhbərinin sözlərinə görə, ərzaq məhsullarının Qətərə göndərilməsi davam edəcək.
Xatırladaq ki, Yaxın Şərq ölkələri Qətərlə diplomatik əlaqələri kəsdikdən və ona qarşı sanksiyalar tətbiq etdikdən sonra bu ölkədə ərzaq qıtlığı yaranıb.
Etikxeber.az