“İran radiolarının dalğaları bizim radioları üstələyir” – MİLLƏT VƏKİLİ

Amaşov şikayətləndi: “Ağsu aşırımı”nda erməni radiosunun dalğaları eşidilir

Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir.

Etikxeber.az məlumat verir ki, bunu  parlamentin plenar iclasında deputat Əflatun Amaşov deyib.

“Ağsu aşırımı”nda erməni radiosunun dalğaları eşidilir, Gəncəni keçən kimi Gürcüstanın radio dalğaları hakimdir”-deyən, millət vəkili qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir.

Onun sözlərinə görə, hər bir ölkənin quru sərhədi olduğu kimi, informasiya məkanının da sərhədi var:

“Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkili martda əfv sərəncamının imzalanacağına ümid edir

Read Next

“Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşdan keçdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir