Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Körpə ikən Zəngilandan köçkün düşmüşdü. Naftalanda, ailəsilə birlikdə yaşadığı şəraitsiz bir yataqxanada böyümüşdü. Həyata gözünü açan gündən qismətinə min bir məhrumiyyət, əzab-əziyyət yazılsa da “bu tilsimi qıracağam” dedi və sanki qırdı da”.
Etikxeber.az xəbər verir ki, bunu sabiq millət vəkili Gültəkin Hacıbəyli öz “Facebook” səhifəsində yazıb.
Eks-deputat yazıb ki, Müşfiq mözücə yaratdı: 700 balla ali məktəbə daxil oldu!
“Evin tək oğlu idi Müşfiq. Valideynlərinin tək ümidi …Ötən ilin aprelində o ümid işığı söndü…
Allah Sənə rəhmət eləsin, Müşfiq!
Mən yadam, amma Sənin itkin məni düz bir ildir yandırır, indi gör valideynlərin nə çəkir?!
Onların halını təsəvvür etməyə belə qorxuram… Səni heç vaxt unutmayacağam, Müşfiq!”-deyə, sabiq deputat sonra yazıb.
Etikxeber.az