Kərbəlayi İsmayılın oğlunun adını daşıyan, “Qəmlo”nun yaxın qohumu olan Şəhid Əsəd Həsənov, özü Şəhid, bir qardaşı Qazi, bir qardaşı Vətən Müharibəsi iştirakçısı olan Elnur Bayramov…VƏ GÖBƏKTALALI 3 ŞƏHİDİMİZ-NƏCMƏDDİN, NURLAN VƏ CAVİDAN… – FOTOLAR

Bu gün ömrümdə ilk dəfəydi ki, İmişli rayonunda olurdum…

Bu vaxta kimi İmişlidən, sadəcə, keçib getmişdim…

İmişliyə səfərim isə təsadüfi deyildi, bu rayondan olan Şəhidimizin-Emin Süleymanovun Cənnətdəki ikinci doğum günündə iştirakla əlaqədar idi…

Qeyd edim ki, Şəhidimizin başı dərdlər, müsibətlər çəkmiş anası-Tamara ananın dəvəti və həm də qəlbimin hökmü, vicdanımın səsilə getmişdim İmişliyə…

Çox sağ və var olsun…hər zaman Şəhid və Qazi ailələrinin yanında olan “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə xanıma İmişliyə, Xubyarlı kəndinə, Şəhidimizin mövluduna mənimlə birgə getməyi xahiş etmişdim və dərhal, tərəddüd etmədən də müsbət münasibətini, razılığını bildirmişdi…

Və mənimlə birgə həm Ülviyyə xanım, həm də zəhmətimizi çəkən Şəhid Əsəd Həsənovun valideynləri-mələk simalı Mələk xanım və əsl Şəhid atası, Məğrur, Qürurlu, Dik duruşlu Fərhad kişi İmişliyə yol almışdı…

Təbii ki, əslən İmişlili, Şahverdili olan Şəhidimizin, “Axırıncı aşırım” filmindən tanıdığımız Kərbəlayi İsmayılın oğlu Əsəd bəyin adını daşıyan (həm də “Qəmlo”nun yaxın qohumu olan) Əsəd Həsənovun məzarını ziyarət etməyə bilməzdik…

İmişliyə, Şahverdiliyə çatan kimi öncə valideynləri və Ülviyyə xanımla birlikdə Əsəd Həsənovun və onunla yan-yana uyuyan digər Şahverdili Şəhidimiz Elnur Şəmsi oğlu Bayramovun məzarlarını ziyarət etdik, məzarları, ruhları qarşısında etiramla baş əydik…

Elə bu yerdə qeyd edim ki, Elnurun digər iki qardaşı da İkinci Vətən Müharibəsinin iştirakçısı, Qazisi olublar…

Ziyarət zamanı Şəhidlərimizin ruhlarına dualar oxuduq, Ülviyyə xanımla birlikdə Əsəd Həsənovun valideynlərinə bir daha başsağlığı verdik, bir daha tək oğullarını itirmiş dərdli ata-anaya Allahdan səbr, dözüm arzuladıq, “Şəhidimizin, Şəhidlərimizin, Əsədlərin, Elnurların məkanları cənnətlik, məqamları Uca olsun!”-dedik…

Ziyarət zamanı həm də birlikdə duyğulu, təsirli, kövrək anlar yaşadıq, göz yaşlarımıza hakim ola bilmədik…

Eyni zamanda, İmişlidən Bakıya dönərkən Köbəktala kənd qəbiristanlığına döndük, bu kəndin Şəhidlərini ziyarət etdik…

Bu kənd 2016-cl ilin Aprel döyüşlərində bir, İkinci Vətən Müharibəsində isə iki Şəhid verib…

Və hər üç Şəhidimizin-Nəcməddinin, Nurlanın və Cavidanın məzarlarını ziyarət və ruhlarına dualar etdik…

Allah adları çəkilən Şəhidlərimiz də daxil olmaqla, cəmi Şəhidlərimizin məkanlarını bir daha cənnətlik, dərgahlarını bir daha mübarək etsin!

Nurlar içində yatsınlar və uyusunlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

21.07.2022,

Bakı-İmişli-Şahverdili-Xubyarlı-Köbəktala-Bakı

Etikxeber.az

Read Previous

Ali təhsilli, peşəkar hərbçi, Mayor, iki övlad atası, 45 yaşlı-ŞƏHİD EMİN SÜLEYMANOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

YAP Milli Mətbuat Günü ilə bağlı tədbir keçirdi-BİR QRUP JURNALİST MÜKAFATLANDIRILDI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir