Konfrans Liqası: “Qarabağ”-“Marsel” – 0:2 – “QARABAĞ” AVROKUBOKLARLA VİDALAŞDI – YENİLƏNİB – (4)

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Etikxeber.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti sınağına çıxacaq.

Ağdam klubu Fransa “Marsel”i ilə üz-üzə gələcək. Ötən həftə “Velodrom”da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri revanş almağa çalışacaq.

Təmsilçimiz 1/8 finala yüksəlmək üçün ya 3 top fərqilə qalib gəlməli, ya da 2 top üstünlüyündən sonra penaltilər seriyasında qələbə qazanmalıdır. Tofiq Bəhramov adına Respublika stadionunda doğma azarkeşlər önünə çıxacaq “Qarabağ” evdəki məğlubiyyətsizlik seriyasını davam etdirməklə mərhələ keçməyə çalışacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması sabah keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Konfrans Liqası
Pley-off, cavab oyunu
24 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa)
Baş hakim: 
Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:3

07:19

***

“Qarabağ” və “Marsel” klublarının start heyətləri açıqlanıb.

Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda Ağdam təmsilçisinin heyətində meydana Luka Quqeşaşvili, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç Kevin Medina meydana çıxacaqlar.

“Marsel”in ilk onbirliyində isə Stiv Mandanda, Vilyam Saliba, Bubakar Kamara, Matteo Genduzi, Dmitri Payet, Bamba Dyenq, Sedrik Bakambu, Luan Peres, Due Çaleta-Tsar, Valenten Ronjye Pap Quye yer alıblar.

Qarşılaşmanı monteneqrolu hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Bartoş Frankovski olacaq. Martsin Boniek və Yakub Vinkler köməkçi hakimlərdir.

Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.

20:00

***

Qarşılaşma başlayıb.

Qonaqlar 1:0 önə keçiblər.

22:08

***

Qarabağ” – “Marsel” oyununda təmsilçimizin qolu ləğv edilib.

34-cü dəqiqədə İbrahima Vadji qonaqların qapısına yol tapıb.

O, cinah ötürməsini qapayarkən topa başla deyil, Dieqo Maradona kimi əllə toxunub.

Baş hakim qolu qeydə alsa da, qonaqların ciddi etirazları insidentlə nəticələnib.

Fransalıların yarımmüdafiəçisi Matteo Qenduzi buna narazılığını sərt şəkildə bildirib. Əvvəlcə referiyə əl işarəsi göstərən Qenduzi onun mərkəzi göstərməsini görüncə, qolun müəllifi Vadjinin üzərinə şığıyıb. Araya digər futbolçuların da girməsi gərginliyi daha da artırıb.

Baş hakim İbrahima Vadjini yanına çağıraraq ondan topa necə toxunmasını soruşmaq istəyib. Hücumçu baş məşqçisi Qurban Qurbanovun istəyi ilə onun yanına gedib.

Kapitan Maksim Medvedev, hücumçu və mütəxəssisin məsləhətləşmələrindən sonra forvard topu əllə vurmasını etiraf edib.

Bu üzdən hakim qolun ləğv olunmasına qərar verib.

22:35

***

Qarşılaşmanın ikinci hissəsi davam edir.

“Qarabağ” hazırda 0:1 hesabı ilə geridədir.

23:04

***

Hesab yenidən artıb.

“Marsel” 2:0 öndədir.

Və oyun 2:0 hesabı ilə başa çatıb, “Qarabağ” avrokuboklarla vidalaşıb

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejiminin müddəti uzadıldı-MAYIN 1-DƏK

Read Next

“Ruslar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da…”-UKRAYNA RƏSMİSİ – BÖYÜK BRİTANİYA RUSİYAYA QARŞI SANKSİYALAR TƏTBİQ ETDİ, BAYDEN DƏ SANKSİYALARI AÇIQLADI – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir