Kortala Şəhidi, evin tək və subay oğlu-ƏSGƏR HÜSEYNOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ… – FOTOLAR

Balakən rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əsgər Vaqif oğlu Hüseynovun Cənnətdəki üçüncü doğum günü olub.

Əsgər Hüseynovun 24 yaşı tamam olub.

Etikxeber.az-ın xəbərinə görə, Balakən rayonunun Kortala kəndində dünyaya gələn Əsgər Hüseynovun Cənnətdəki üçüncü doğum günü ilə bağlı tədbir-mərasim keçirilib.

Təhsil aldığı məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri, ailə üzvləri, dostları, kənd sakinləri öncə Şəhidin qəbrini ziyarət edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

Xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Daha sonra Dövlət himni səsləndirilib və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhidin Cənnətdək üçüncü doğum gününə həsr olunmuş tədbirdə müəllimləri, yaxınları, döyüş yoldaşları, dostları Əsgər Hüseynovun keçdiyi şərəfli ömür yolundan danışıblar.

Onun Vətənə, Millətə, Dövlətə sədaqətindən, mərdliyindən söz açıblar.

Məktəblilər isə Şəhidə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Onu da qeyd edək ki, ailənin tək oğlu olan Əsgər Hüseynov 1998-ci ilin dekabr ayının 24-də Balakən rayonunun Kortala kəndində sadə bir ailədə dünyaya gəlib.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə olub.

Və 2020-ci ilin oktyabr ayının 25-də Xocavənd istiqamətrində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Kortala kənd qəbiristanlığında Əbədiyyətə uğurlabıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

O, həm də subay olub.

Ruhu şad, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 24 yaşı mübarək olsun!

Etikxeber.az

Read Previous

Alpanın İkinci Vətən Müharibəsi Şəhidi-ORXAN BALAYEVİN AİLƏSİNİ, OCAĞINI İKİNCİ ZİYARƏTİM… – FOTOLAR

Read Next

Dünyaca məşhur pərhləvanlarımız: DOQQUZQAT DÜNYA REKORDÇULARI-LAÇIN VƏ HÜSEYN ABDULHÜSEYNOV QARDAŞLARI…VƏ YA QARDAŞLARA HAQQ ETDİKLƏRİ DƏYƏR VERİLƏCƏKMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir