Məhkəmə-Hüquq Şurasında birinci instansiya məhkəmələrinin 70-dək hakiminin fəaliyyəti qiymətləndirildi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Etikxeber.az-a bildiriblər ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası üzrə görülmüş işlər, köklü dəyişikliklərə səbəb olan mühüm addımlar qeyd edilib.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəmələrinin 70-dək hakiminin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti müzakirə edilərək qiymətləndirilib.

Aparılan prinsipial təhlil və müzakirələr nəticəsində vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq, apelyasiya və birinci instansiya məhkəmələrinin ümumilikdə 20 hakiminin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakiminin aşağı işə keçirilməsi məqsədəuyğun bilinib. Həmçinin bir sıra birinci instansiya məhkəmələrinin sədri və hakimlərinin təyinatı, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi məqsədilə bəzi hakimlərin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinə müvafiq təkliflər verilib.

Tədbirdə məhkəmə hakimiyyətində yalnız mənəvi saflığı, peşəkarlığı, yüksək hazırlığı və qərəzsizliyi ilə fərqlənən hakimlərin təmsil olunmasının zəruriliyi bildirilib, hakimliyə namizədlərin mütərəqqi beynəlxalq standartlar səviyyəsində, ən şəffaf üsullarla seçimi prosesi haqqında məlumat verilib. Hazırda 126 nəfər hakimliyə namizədin çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq birillik ilkin tədris kursuna cəlb edildiyi vurğulanıb.

İclasda, həmçinin qanunvericiliyin tələblərinin və icra intizamının pozulması hallarına, habelə süründürməçiliyə yol verdiklərinə görə 2 hakimin tutduğu vəzifədən azad olunaraq aşağı işə keçirilməsi qərara alınıb, 2 hakim barədə intizam icraatı başlanılıb.

Etikxeber.az

Read Previous

“KREDİT BORCU İLƏ BAĞLI CƏZALAR ƏKSİNƏ,YÜNGÜLƏŞDİRİLİR…” – Zahid Oruc

Read Next

“Bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur…” – HADİ RƏCƏBLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir